Sizin reklam burada
Sizin reklam burada
  • Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32 min 440 uşağa xidmətlər göstərilib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, onlardan əlilliyi olan 1541 uşaq stasionar, 19 min 560 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

    Bu kateqoriyaya aid uşaqlar agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ