Bu gün Azərbaycanın çox dəyərli ziyalılarından, cəmiyyətə və dövlətçiliyimizə öz əməli ilə töhfə verən insanlardan biri-Ülvi Quliyevin 60 illik yubileyidir.
Altmış il... İnsan ömrünün elə bir mərhələsidir ki, bu yaş yalnız yubiley deyil, həm də keçilmiş həyat yoluna nəzər salmaq, görülən işlərin, qazanılan uğurların, göstərilən xidmətlərin bir növ hesabatını vermək üçün mühüm bir məqamdır. Ülvi müəllimin 60 illik ömür hesabatı isə zəngin və mənalıdır. Çünki bu hesabatda təkcə bir insanın şəxsi həyatının deyil, bütövlükdə cəmiyyətin, millətin və dövlətin inkişafına xidmət edən bir ömrün izi görünür.
Ülvi müəllimi iyirmi ildən artıqdır tanıyıram. Bu illər ərzində onu alicənablığı, səmimiyyəti, təvazökarlığı və təmkini ilə seçilən, yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən əsl ziyalı kimi tanımışam.
Onun xarakterində xüsusi diqqət çəkən bir cəhət var: Şərq müdrikliyi... Bəlkə də bu, Şərq insanına xas olan həyat fəlsəfəsinin, milli-mənəvi dəyərlərimizin insan xarakterindəki təzahürüdür.
Ülvi müəllim haqsızlığa, yersiz hücumlara, bəzən insafsız münasibətlərə məruz qalanda belə təmkinini itirməyən, emosiyaya qapılmayan insanlardandır. O, çox vaxt məsələni zamanın ixtiyarına buraxır. Ondan bunun səbəbini soruşanda isə sadə, amma dərin mənalı bir fikir söyləyir:
“Zaman ən yaxşı hakimdir.”
Doğrudan da, bəzən insanın özünü müdafiə etmək üçün göstərdiyi tələsik reaksiya məsələnin mahiyyətini daha da mürəkkəbləşdirə, haqqın və həqiqətin üzə çıxmasını gecikdirə bilər. Ülvi müəllim isə zamanın ədalətinə inanır. İnanır ki, zaman keçdikcə hər daş öz yerini tapacaq, həqiqət öz sözünü deyəcək, kimin haqlı, kimin haqsız olduğu üzə çıxacaq.
Bu, sadəcə təmkin deyil. Bu, həyat təcrübəsindən doğan Şərq müdrikliyidir.
Ülvi müəllimin xarakterində milli-mənəvi dəyərlərə bağlılıq da xüsusi yer tutur. O, bu dəyərlərdən yalnız danışmır, onları həyat tərzinə çevirib. Gördüyü yaxşı işləri reklam etməkdən, öz xidmətlərini ön plana çıxarmaqdan həmişə qaçır. Onun üçün yaxşılıq nümayiş etdirmək deyil, etməkdir.
Elə buna görə də onun həyat fəlsəfəsini ifadə edən ən gözəl prinsiplərdən biri “sağ əlin verdiyini sol əl bilməməlidir” düşüncəsidir.
Bəlkə də Ülvi müəllimin cəmiyyət üçün gördüyü işlərin miqyasını tam təsəvvür etmək çətindir. Çünki o, gördüyü yaxşılıqların çoxunu səssiz və təmənnasız etməyə üstünlük verir.
İxtisasca həkim olan Ülvi Quliyevin həyat yolunda idman, xüsusilə də karatenin inkişafı ayrıca və mühüm yer tutur. O, bu sahənin inkişafına verdiyi töhfələrlə, peşəkar idmançıların yetişdirilməsində göstərdiyi xidmətlərlə Azərbaycanın idman həyatında özünəməxsus iz qoyub.
Bu gün onun əməyi ilə yetişən, idmanda uğurlar qazanan insanların hər birinin nailiyyətində bir zəhmət, bir diqqət, bir qayğı payı var.
Əsl xidmət də elə budur: öz adını deyil, yetişdirdiyin insanların uğurunu böyütmək.
İnsanın ömrünü illərlə deyil, etdiyi işlərlə ölçəndə 60 yaş tamam başqa məna qazanır.
Ülvi müəllimin 60 illik ömür yolu məhz belə bir mənzərə yaradır: ailəsinə, dostlarına, həmkarlarına, cəmiyyətə, milli-mənəvi dəyərlərə və dövlətçiliyimizə bağlı bir insanın mənalı həyat yolu.
Bu zəngin ömür yolunun dövlət tərəfindən də layiqincə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin Ülvi müəllimin 60 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif etməsi onun uzun illər ərzində gördüyü işlərə verilən yüksək qiymətin ifadəsidir.
60 yaş ömrün son hesabatı deyil. Əksinə, müdrikliyin, təcrübənin və həyat məktəbinin yeni bir mərhələsidir.
Dəyərli Ülvi müəllim!
Sizə 60 illik yubileyiniz münasibətilə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, bundan sonrakı həyatınızda da yeni-yeni uğurlar arzulayıram.
Hələ qarşıda görüləcək çox iş, veriləcək çox töhfə, yetişdiriləcək çox gənc və yazılacaq çox gözəl səhifə var.
Ömrünüzün bundan sonrakı səhifələri də əvvəlkiləri kimi mənalı, zəngin və xeyirli olsun!
Zəngin ömür yolunun 60 illik hesabatı

Mürtəza Bünyadlı
Mürtəza Bünyadlı