Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Quliyevdən ölkə rəhbərinə minnətdarlıq

    Xatırladaq ki, Dövlət başçısı cənab İlham Əliyevin 16 sentyabr 2026-cı il tarixdə müvafiq sərəncamı ilə Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının Prezidenti Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib.

    Sərəncamda qeyd olunur:


    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilsin.


    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 16 sentyabr 2026-cı il


    Fürsətdən istifadə edib saytmızın yaradıcı kollektivi adından Ülvi müəllimi bu ali mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar, möhkəm can sağlığı arzulayırıq.


    "Atributinfo.az"



    Ülvi Quliyev:


    -Azərbaycan Respublikasının Prezidenti

    Zati-aliləri cənab İlham Əliyevə

    Möhtərəm cənab Prezident,

    Yüksək təltifə və ali diqqətinizə görə dərin minnətdarlığımı qəbul etmənizi xahiş edirəm. Bu təltif mənim üçün çox dəyərli və qürurvericidir, çünki Sərəncamda Sizin - çoxəsrlik tariximizin görkəmli dövlət xadiminin, Müzəffər Ali Baş Komandanın imzası dayanır.

    Hörmətli cənab Prezident,

    Azərbaycanın idman ölkəsi kimi tanınmasında Sizin müstəsna xidmətləriniz danılmazdır. Yeniyetmə və gənclərin bədən tərbiyəsinə və peşəkar idmana ilbəil artan marağının təməlində Sizin həyata keçirdiyiniz ardıcıl dövlət siyasəti dayanır. İdmanın istər fərdi, istərsə də komanda növlərində böyük uğurların əldə olunmasında idmançılara göstərilən dövlət qayğısının əhəmiyyəti inkarolunmazdır. Onlardan biri kimi bənzərsiz diqqət və qayğını idman həyatımda mən də yaşamışam.

    Möhtərəm cənab Prezident,

    Peşəkar idmanla bağlı fəaliyyətimin ardınca ictimai-siyasi fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə bir daha Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bilirəm ki, haqqımda imzaladığınız Sərəncam qürurverici olduğu qədər üzərimə həm də böyük məsuliyyət qoyur. Sizi əmin edirəm ki, göstərdiyiniz ali diqqəti əməli fəaliyyətimdə doğrultmaq üçün səy və bacarığımı əsirgəməyəcəyəm.


        Hörmətlə,

        Ülvi Quliyev

        Milli Məclisin deputatı,

        Azərbaycan Karate Federasiyasının prezidenti


        Bakı şəhəri, 16 sentyabr 2026-cı il.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ