Layihə 1 iyun – 31 iyul 2026-cı il tarixlərini əhatə edir və Agentliyin dəstəklədiyi “Şəhid ailələri, veteranlar və müharibə iştirakçıları ilə iş” istiqaməti üzrə icra olunur.
Layihənin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yaşadılması, şəhid ailələrinin, veteranların və müharibə iştirakçılarının cəmiyyətimizdəki yüksək mənəvi dəyərinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir.
İki ay ərzində layihə çərçivəsində şəhid ailələri və qazilərlə görüşlər, maarifləndirici tədbirlər, ictimai müzakirələr, media materiallarının hazırlanması və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən müxtəlif fəaliyyətlər həyata keçiriləcək.
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi olaraq bu mühüm layihənin icrasına başlayır, xalqımızın qəhrəmanlıq salnaməsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk.
Cəmilə ÇİÇƏK
Layihə rəhbəri,
Zekainfo.az informasiya portalının baş redaktoru.
