Avropadakı muzeylərdə zorakı soyğunçuluq halları əhəmiyyətli dərəcədə artıb.
Bu barədə Avropa İttifaqı Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyinin (Avropol) dərc etdiyi hesabatda bildirilib.
Sənəddə hazırda soyğunçu dəstələrin odlu silahdan, çəkicdən və hətta partlayıcı maddələrdən istifadə etdiyi vurğulanıb.
Hesabatda diqqətə çatdırılıb ki, belə cinayətkarların əksəriyyəti sosial xarakterlidir.
