Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında həyata keçiriləcək. Monitorinqlər zamanı ərazilərdə müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin baytarlıq norma və qaydalarına əməl olunmasının vacibliyi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Monitorinqlərdə AQTA-nın, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli idarələrinin əməkdaşları iştirak edəcəklər.
