Sizin reklam burada
Sizin reklam burada
  • Qəza nəticələrinin aradan qaldırılması istiqamətində operativ addımlar atılmışdır

    Qax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, həmçinin baş verə biləcək qəza hallarının qarşısının alınması məqsədilə cari ilin iyun ayı ərzində genişhəcmli təmir, bərpa və abadlıq işləri icra olunmuşdur.

    "Atributinfo .az" xəbər verir ki, Rayon ərazisindəki yüksək gərginlikli "Qax", "Yeni İlisu" və "Yeni Qapıçay" yarımstansiyalarının, habelə qapalı paylayıcı qurğuların ərazilərində zəruri texniki qulluq, rənglənmə və təmizlik tədbirləri görülmüşdür.

    Yüksək gərginlikli 10 kilovoltluq hava xətlərində yararsız dayaqların yenilənməsi və qəza nəticələrinin aradan qaldırılması istiqamətində operativ addımlar atılmışdır. Ay ərzində ümumilikdə 12 ədəd istismara yararsız ağac dayaq yeni metal boru dayaqlarla əvəz edilmiş, "Qorağan", "Qaşqaçay", "Almalı", "Qıpçaq", "Elevator" və "Güllük" hava xətlərində aşkar olunmuş texniki qüsurlar, həmçinin təbii amillərin yaratdığı fəsadlar aradan qaldırılmışdır. İnfrastrukturun mühafizəsi məqsədilə 10 kilovoltluq hava xətlərində ümumilikdə 3.3 kilometr məsafədə mühafizə zolağı budaq kəsintilərindən təmizlənmiş, dayaqların vizual nəzarəti və uzunömürlülüyü üçün "Qaşqaçay" və "İlisu" xətlərində cəmi 33 ədəd dayaq rənglənmişdir.

    Aşağı gərginlikli 0.4 kilovoltluq şəbəkələrin yenidən qurulması çərçivəsində rayonun Şıxlar, Oncallı, Almalı, Qaradolaq, Zəyəm, Cəlayir, Güllük, Malax və Süskənd kəndlərində yerləşən transformator məntəqələrində (TM) və hava xətlərində əsaslı işlər görülmüşdür. Bu sahədə 2 ədəd yeni metal dayaq basdırılmış, 9 ədəd yararsız dayaq isə söküntüdən çıxmış yararlı dayaqlarla əvəzlənmiş, naqillər tarımlaşdırılmış və kontaktlar sıxılmışdır. Şəbəkənin yükgötürmə qabiliyyətinin artırılması və optimallaşdırılması məqsədilə Qax şəhər mərkəzində 100 kilovolt-amperlik TM-in çıxışında 80 metr məsafədə müasir izolyasiya olunmuş özüdaşıyan (SİP) kabel xətti çəkilmiş, Lələpaşa kəndindəki transformator daha güclü 160 kilovolt-amperlik, Amanlı kəndindəki yanmış transformator isə eyni güclü yenisi ilə əvəz edilmişdir. Ümumilikdə rayon ərazisində 12 ədəd transformator məntəqəsinin mühafizə zonası tam təmizlənmiş, 0.4 kilovoltluq xətlərin 1.4 kilometrlik hissəsində yaşıl kütlə təmizliyi aparılmışdır.

    Abonentlərin dəqiq uçotunun aparılması və intizamın gücləndirilməsi məqsədilə yeni sayğacların quraşdırılması və modernləşdirilməsi işləri davam etdirilmişdir. Cari yenilənmə çərçivəsində yeni abonentlərin qoşulması üçün 19 ədəd birfazalı sayğac komplekti və 228 metr SİP kabel quraşdırılmış, habelə 22 ədəd köhnə sayğac yenisi ilə əvəz edilmiş və 36 ədəd müasir SMS tipli smart sayğac istifadəyə verilmişdir. Nəzarətin səmərəliliyini təmin etmək məqsədilə 4 ədəd sayğac həyətyanı sahələrdən yol kənarına çıxarılmış və əlavə olaraq 30 ədəd yeni sayğac qutusu quraşdırılmışdır.


    Hikmət Məlikzadə
    Şair-publisist, Prezident təqaüdçüsü









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ