Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb

    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Aşqabad şəhərində keçirilən Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iclasda ölkələr arasında ticarət-iqtisadi, enerji, nəqliyyat və rabitə, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri nəzərdən keçirilib.

    İclasda iştirak edən Firudin Qurbanov çıxışında Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək təşəbbüslər barədə məlumat verib.

    Nazir müavini rəqəmsal texnologiyalar, süni intellekt, STEAM, ümumi və ali təhsil istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, tələbə və elmi-pedaqoji heyətin mübadiləsinin genişləndirilməsi, beynəlxalq olimpiada və digər tədbirlərdə qarşılıqlı iştirakın artırılması, eləcə də birgə elmi tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.

    Firudin Qurbanov, həmçinin elm və təhsil sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan-Türkmənistan işçi qrupunun fəaliyyətinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ