"Atributinfo.az" xəbər verir ki, görüş zamanı Əlihəsən Baxşıyevin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətdən, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində gördüyü işlərdən, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarında nümunəvi fəaliyyəti və partiyanın ideyalarına sadiqliyindən bəhs olunub. Qeyd olunub ki, Əlihəsən Baxşıyev 44 günlük tarixi Zəfərə öz töhvəsini verən Vətən müharibəsi qazisi Sadiq Baxşıyev kimi övlad yetişdirib.
Həbib Cəfərov yubilyarı 70 illik əlamətdar yaşı münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında yeni uğurlar arzulayıb.
Əlihəsən Baxşıyev göstərilən diqqət və ehtirama görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və YAP Astara rayon təşkilatına minnətdarlığını bildirib, bundan sonra da dövlətimizə, cəmiyyətimizə və partiyanın prinsiplərinə sədaqətlə xidmət edəcəyini vurğulayıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
