Sizin reklam burada
Sizin reklam burada
  • Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə “Narkotik vasitələrə yox deyək!” adlı maarifləndirmə tədbiri keçirilib

    Bu gün narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə ölkə siyasətinin prioritet istiqamətlərindən biridir. Narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu gün üzərimizə düşən ən vacib vəzifələrdən biri bu bəladan əziyyət çəkən vətəndaşlarımızı normal həyata qaytarmaqdır.

    "Atributinfo.az" xəbər verir ki, 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə “Narkotik vasitələrə yox deyək!” adlı maarifləndirmə tədbiri keçirilib.
    Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax RPŞ rəisinin müavini Elvin Məmmədov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə sektorunun müdiri Elvin Həsilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərli, Qax Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəsimi Raziyev, məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.
    Toplantıda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Daha sonra mövzuya aid videolent nümayiş etdirilib.
    Tədbirdə çıxış edən natiqlər narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat veriblər.
    Tədbirin sonunda şagirdlərlə interaktiv müzakirələr aparılıb, bukletlər paylanılıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ