Sizin reklam burada
Sizin reklam burada
  • Həbib Cəfərov YAP Astara rayon Təşkilatının fəalı Nisa Əsgərovanı doğum gününü təbrik edib

    Bugün Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının fəalı, yüksək aktivlik nümayiş etdirərək rayon təşkilatın fəaliyyətində yaxından iştirak edən Əskərova Nisa Ramiz qızının doğum günüdür.

    "Atributinfo.az" xəbər verir ki, bu münasibətlə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Nisa Əskərovanı qəbul etmiş, xoş arzularını bildirərək təbrik etmişdir. H. Cəfərov N. Əskərovanın rayon təşkilatının fəalı kimi göstərdiyi yüksək ictimai fəallıq, təşkilatın fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndirərək, bundan sonra daha da aktivlik nümayiş etdirəcəyinə inandığını bildirmişdir.

    "Dəyərli fəalımızı bir daha təbrik edir, yeni uğurlar arzulayırıq!"- Həbib Cəfərov bildirmişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ