"Atributinfo.az" xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” tərəfindən şəhər yollarında yol hərəkətinin təhlükəsiz və səmərəli təşkil edilməsi məqsədilə yol nişanlamalarının və üfüqi nişanlama xətlərinin layihələndirilməsi, tətbiqi və yenilənməsi həyata keçirlir.
Rayonun müxtəlif ərazi vahidlərində yol hərəkətinin təhlükəsizliyinin və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlama işləri aparılır.
Şəhərin Heydər Əliyev və Azərbaycan prospektləri, Ü.Hacıbəyli, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, N.Nərimanov, İ.Mustafayev, S.Qocayev küçələrində üfüqi nişanlama xətlərinin və piyada keçidlərinin yenilənməsi həyata keçirilir. Ümumilikdə 45 km-dən çox ərazidə xətləmə işləri görülüb. O cümlədən, Qax rayonunun Tasmalı, Qaratala, Qaysarlı, Ağyazı, Zəyəm, Marsan və Güllük kəndlərində və Qax-Zaqatala yolunda yol hərəkətnin təhlükəsizliyini təmin edilməsi məqsədilə müvafiq yol nişanları quraşdırılıb.
Hazırda Şəki ilə Qax şəhərlərini birləşdirən 35 km-lik avtomobil yolunun xətlənməsi işləri davam etdirilir.
Bəradər,
Zahir
"Atributinfo.az"
