Sizin reklam burada
Sizin reklam burada
  • “Azərbaycanı zirvələrə aparan Heydər Əliyev ideyaları” mövzusunda dəyirmi masa keçirilib

    Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı Astara şəhəri, Nizami Gəncəvi küçəsi, 38 ünvanı üzrə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF – nun 1 saylı Lənkəran-Astara Regional Filialının Astara Rayon Qəbul Şöbəsi) ərazi partiya təşkilatında “Azərbaycanı zirvələrə aparan Heydər Əliyev ideyaları” mövzusunda dəyirmi masa təşkil olunub.

    "Atributinfo.az"xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
    Tədbirdə YAP Astara rayon təşkilatının əməkdaşları və DSMF – nun 1 saylı Lənkəran-Astara Regional Filialının Astara Rayon Qəbul Şöbəsi üzrə fəallar iştirak ediblər.

    Çıxış edənlər qeyd etmişlər ki; Heydər Əliyev ideyalarının əsas mahiyyəti müstəqil dövlətçiliyin qorunması, milli birliyin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqeyinin təmin olunmasından ibarətdir. Məhz onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərqərar edilmiş, demokratik dövlət quruculuğunun əsasları uğurla formalaşdırılmışdır.
    Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, iqtisadi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər qazanmışdır. Bu uğurlar Heydər Əliyevin dövlətçilik məktəbinin və uzaqgörən siyasi kursunun müasir dövrdə də öz aktuallığını qoruduğunu bir daha təsdiq edir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ