"Gələrsən, görərsən" adıyla məşhurlaşan XVIII əsrin tarixi abidəsi olan "Sumuq Qala" Qaxın "İlisu" kəndinə yerləşir. Bura ilboyu axın-axın ziyarətçilər gəlməkdə "...qalanın sirri"ni öyrənməkdə, tarixi-coğrafi biliklərini artırmaqda, eyni zamanda zəngin ekoloji təbiətdən zövq almaqdadılar. Qala beş mərtəbədən ibarətdir. Yadelli düşmən hücumlarından qorunmaq və onları dəf etmək üçün qalada xüsusi güzlüklər var. Eyni zamanda, qalada o dövrün adət ənənələrini, məşğuliyyət növlərini, əmək alətlərini əks etdirən tarixi eksponatlar var. Hər pillə digərindən fərqli eksponatlarla zəngindir. Sonuncu pilləni isə 44 günlük Vətən müharibəsində həlak olan Qaxın igid-qəhrəman oğullarının fotostendlqəri bəzəyir. Xatırladaq ki, "Qorxma, mən səninləyəm" məşhur Azərbaycan kino-filminin müəyyən diqqət çəkən məqamları, məhz bu qalada çəkilib. Baş rolda isə bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olan, depuatat Polad Bülbüloğludur.