"Atributinfo.az" xəbər verir ki, tədbirdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək iştirakçıları salamlamış, kitab oxumağın gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını, eyni zamanda mütaliənin insanların bilik və düşüncə qabiliyyətini inkişaf etdirdiyini qeyd etmiş, gəncləri mütəmadi olaraq kitab oxumağa və müzakirələrdə fəal iştirak etməyə çağırmışdır.
Tədbirdə çıxış edən Qax rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Aytən Murquzova, Qax Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin müdiri Ruxsarə Babayeva və Qax Rayon MKS-nin uşaq şöbəsinin baş kitabxanaçısı Sevinc Abakarova tədbirin məqsədi barədə iştirakçılara məlumat vermiş, gənclər arasında oxu vərdişlərinin formalaşdırılmasının əhəmiyyətindən bəhs etmiş və belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etmişlər.
Tədbirdə iştirak edən gənclər oxuduqları kitablar haqqında məlumat vermiş, fikir mübadiləsi aparmışlar.
Tədbir iştirakçıları müxtəlif mövzuları əhatə edən kitab sərgisi ilə tanış olmuşlar.
Tədbirdə 35 nəfər iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında mütaliə vərdişlərinin təşviq edilməsi, onların nitq, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
