Müzakirələr zamanı cənab Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı keçirilmiş müşavirələrdə verilən tapşırıqların icrası məsələsinə xüsusi diqqət çəkən millət vəkili Cavanşir Paşazadə qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionlarda məşğulluğun artırılması baxımından balıqçılıq və akvakultura sahəsi böyük potensiala malikdir:
Mövcud su hövzələrindən səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqi, balıq yetişdirilməsi təsərrüfatlarının genişləndirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi dövlət başçısının müəyyən etdiyi strateji hədəflərə xidmət edir. Eyni zamanda, balıqçılıq məhsullarının emalı və ixrac imkanlarının artırılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir."
Millət vəkili çıxışında bu sahənin daha sürətli inkişafı üçün bir sıra yeni təkliflər də irəli sürüb:
"Təklif edirəm ki, akvakultura təsərrüfatlarının yaradılmasına dəstək mexanizmləri genişləndirilsin, fermerlər üçün güzəştli maliyyə alətləri əlçatan olsun, elmi-tədqiqat müəssisələri ilə istehsalçılar arasında əməkdaşlıq gücləndirilsin və regionlarda yeni balıqçılıq təsərrüfatlarının yaradılması təşviq edilsin.
Əminəm ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində balıqçılıq və akvakultura sahəsi ölkəmizin kənd təsərrüfatında aparıcı istiqamətlərdən birinə çevriləcək, həm daxili tələbatın ödənilməsinə, həm də ixrac potensialının artırılmasına mühüm töhfə verəcəkdir."- Cavanşir Paşazadə deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
