Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyədə bələdiyyələrə turizm məqsədləri üçün canlı yayım qadağan edilib

    Türkiyədə bələdiyyələrə şəhər meydanlarından, küçələrdən, parklardan və turizm zonalarından canlı yayımlar təşkil etmək qadağan edilib.

    Qərar Türkiyə Şəxsi Məlumatların Qorunması İdarəsi (KVKK) tərəfindən verili. Bu qurum insanların üzlərinin və nəqliyyat vasitələrinin nömrə nişanlarının göstərilməsini qanunsuz hesab edib.

    KVKK, həmçinin CCTV kameralarından istifadə edərək bu cür canlı yayımlara görə cərimələr və digər cəzalar barədə xəbərdarlıq edib.

    “Bələdiyyələrin turizmi təşviq etmək, videoları ictimaiyyətə yayımlamaq və veb- saytlarında canlı yayımlar aparmaq məqsədilə izdihamlı və ya turistlərin olduğu yerlərdə kameralar quraşdırması ilə bağlı çoxsaylı şikayətlər almışıq. Bələdiyyələr mədəni, bədii, turizm və reklam xidmətləri göstərmək səlahiyyətinə malik olsalar da, canlı yayımlar aparmaq məcburiyyətində deyillər. Bu cür canlı yayımlar üçüncü tərəflərə oğurluq, təhdid, şantaj və zorakılıq kimi qanunsuz fəaliyyətlər də daxil olmaqla, turizmlə əlaqəli olmayan məqsədlər üçün məlumatları qeyd etməyə, ötürməyə və istifadə etməyə imkan verir. Canlı yayımlar davam edərsə, bələdiyyələr 17.092.000 türk lirəsinə (620.000 manatdan çox – red.) qədər cərimələnə bilər”, - deyə qurum xəbərdarlıq edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ