Sizin reklam burada
Sizin reklam burada
  • Kəlbəcər Rayon Ağsaqqallar Şurasının 2025-ci il ərzində gördüyü işlərin yekununa dair hesabat yığıncağı keçirilib

    Kəlbəcər rayon İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin muavini Bayram Yusifov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Ümummilli Lider Heydər Əliyevin,torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və keçən dövr ərzində dünyasını dəyişən ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

    Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev yığıncaqı giriş nitqi ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.

    Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Öz çıxışında Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən ətraflı bəhs edən natiq təşkilatın üzvlərinin iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, gənclərlə maarifləndirici söhbətlərin aparılmasından və digər məsələlərdən söz açıb. Sonda yığıncaq iştirakçılarına minnətdarlığını ifadə edib, bundan sonra da şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

    Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin muavini Bayram Yusifov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
    YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,Kəlbəcər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri, Kəlbəcər rayon Ağsaqqallar Şurasının üzvü Şaban Qurbanov və Kəlbəcər rayon Ağsaqqallar Şurasının üzvü Məhyəddin Abdurrəhmanov rayon ağsaqqalları adından çıxış edərək bildiriblər ki, Azərbaycanda ağsaqqallara ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğının bütün təzahürləri bu gün prezident cənab İham Əliyevin siyasətində özünü aydın şəkildə göstərir. Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə rayon ağsaqqallarının dəvət olunması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.Yaşlarının ahıl vaxtlarında onları öz dədə-baba yurdlarına qovuşdurduğuna görə Müzəffər Ali Baş Komandana sonsuz minnətdarlıqlarını ifadə ediblər.Ağsaqqallar Kəlbəcər rayon Ağsaqqallar Şurasının hesabat dövrü ərzində gördüyü işləri qənaətbəxş qiymətləndirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ