Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
Deputat bildirib ki, Milli Qurtuluş Günündə təşkil olunan bu mötəbər tədbirdə Şuşadan dünyaya sülh, əməkdaşlıq və təhlükəsizlik mesajı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə də ölkəmizin regionda dayanıqlı sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın tərəfdarı olduğu xüsusi vurğulandı:
"Müxtəlif ölkələrdən olan siyasətçilər, parlament üzvləri və ekspertlərlə aparılan müzakirələr Cənubi Qafqazın gələcəyi, regional əməkdaşlıq və postmünaqişə dövrünün çağırışları baxımından mühüm əhəmiyyət kəsb etdi.
Şuşanın belə nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin və ölkəmizin sülh gündəliyinə sadiqliyinin parlaq göstəricisidir."- Məşhur Məmmədov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
