Sizin reklam burada
Sizin reklam burada
  • Astarada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

    02.06.2026 – cı il tarixdə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində YAP Astara rayon təşkilatı Astara şəhəri, M. Hüseyn küçəsi, 113 ünvanı üzrə (Astara Meliorasiya Sistemlərinin İstismarı İdarəsi) ərazi partiya təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun – Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, xalqımızın Qurtuluş tarixidir” mövzusunda tədbir keçirib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov, aparat əməkdaşları və ƏPT üzrə Partiya fəalları iştirak ediblər.
    Öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
    Çıxış edən Vüqar Abbasov və Murad Əlizadə bildirmişlər ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.
    Xalqımız artıq altı ildir ki, 15 iyun tarixini qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür.

    Bəradər
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ