Şabran və Xaçmazda şəhid ailələri Qurban bayramı münasibətilə ziyarət edilib
Sosial
Bugün, 12:58
19
Milli Məclisin deputatı Mahir Süleymanlının təşəbbüsü ilə Şabran və Xaçmaz rayonlarında yaşayan şəhid ailələri Qurban bayramı münasibətilə ziyarət olunub.
Keçirilən görüşlər zamanı şəhid ailələrinə bayram təbrikləri çatdırılıb, onlarla səmimi söhbətlər aparılıb.
Deputatın təşəbbüsü ilə ailələrə qurban payları təqdim olunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.