Sizin reklam burada
Sizin reklam burada
  • Bu ərazilərdə maşın saxlamaq qadağan edilir

    Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.

    Atributinfo Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə "AzParking MMC”nin məlumatında bildirilib.

    Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.

    Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.

    Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.

    Daha ətraflı Xəzər TV-nin videomaterialında:


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ