Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudovdan Astarada seçicilərlə görüş

    Seçici probleminin həllini, vətəndaş qəbulunu fəaliyyətinin əsas istiqaməti hesab edən 79 saylı Astara seçki dairəsindən seçilən millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu gün seçicilərlə növbəti görüşünü keçirmişdir.

    "Atributinfo.az" məlumat verir ki, görüşdə vətəndaşlar əsasən sağlamlıq, sosial məsələlər və digər hüquqi problemlərlə bağlı dəstək istəmişlər. Məsələlərin bir qismi yerindəcə həll olunmuş, digər məsələlər isə aidiyyəti orqanlara yönləndirilərək diqqətə alınmışdır.
    Qeyd edək ki, görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak etmişdir.

    Belə görüşlər millət vəkillərinə seçicilərlə birbaşa ünsiyyət qurmaq, problemləri yerindəcə həll etmək və mövcud çətinlikləri müvafiq qurumlar qarşısında qaldırmaq imkanları yaradır. Eyni zamanda, bu fəaliyyət Cənab Prezident tərəfindən müəyyən edilmiş yol xəritəsinə uyğun olaraq, vətəndaş mərkəzli siyasətin təşviqinə xidmət edir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ