Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində dəyirmi masa təşkil olunub

    Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının və Astara Gənclər evi SXM-nin birgə təşəbbüsü ilə “Heydər Əliyev irsini öyrənirik: Ulu Öndərin Azərbaycanın inkişafı üçün müəyyənləşdirdiyi hədəflər” mövzusunda dəyirmi masa təşkil olunub.

    "Atributinfo.az" xəbər verir ki, fəaliyyətə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
    Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov və Astara Gənclər evi SXM-nin direktoru Emil Məmmədzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi mühüm fəaliyyətlərdən bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası bu gün də uğurla davam etdirilərək Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verməkdədir.

    Tədbir zamanı hər iki qurumun əməkdaşları və Astara Gənclər Evi SXM-nin könüllü gəncləri çıxış edərək Heydər Əliyev irsinin gənclər üçün əhəmiyyətindən və Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf hədəflərinin Azərbaycanın tərəqqisindəki rolundan danışıblar.

    Tədbir mövzu ətrafında fikir mübadiləsinin aparılması, gənclərin çıxışları və Heydər Əliyev irsinin gənc nəslə aşılanmasının əhəmiyyəti ilə bağlı müzakirələrin keçirilməsi ilə yekunlaşdırılıb.

    Bəradər
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ