"Bunu "atributinfo.az"a eksklüziv açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Məşhur Məmmədov deyib.
"Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, millət vəkili Fəzail İbrahimli, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyev Mərkəzinin qarşısında ucalan Ulu Öndərin heykəlini ziyarət edərək önünə gül dəstələri düzdük, əziz xatirəsini dərin ehtiramla yad etdik.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, xalqımızın rifahı və müstəqil dövlətimizin möhkəmlənməsi naminə gördüyü misilsiz işlər hər birimiz üçün örnəkdir. Onun zəngin siyasi irsi və dövlətçilik məktəbi daim yaşayacaq və gələcək nəsillərə yol göstərəcək.- Millət vəkili açıqlamasında bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
