Universitetdən bildirilib ki, görüş ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə imzalanmış memorandumun tədbirlər planı çərçivəsində baş tutub. Müzakirələrdə indiyədək görülmüş işlər - əmək bazarının tələblərinə uyğun kadr hazırlığının istiqamətləndirilməsi, tələbələrin praktik bacarıqlarının inkişafına dəstək verilməsi və birgə layihələrin başlanması nəzərdən keçirilib.
Bununla yanaşı, gələcək mərhələdə ali məktəb məzunlarının məşğulluq göstəricilərinin daha geniş təhlili, tələbələrin analitik tədqiqat imkanlarına çıxışının artırılması, məlumat bazalarından istifadənin genişləndirilməsi, praktik təcrübə proqramlarının, seminarların və müxtəlif peşəkar inkişaf təlimlərinin təşkili planlaşdırılıb.
