Qeyd edək ki, sözügedən xəstəxanaya qazilərlə və ruhi-əsəb xəstəsi olan mülki şəxslərlə yanaşı, aidiyyatı üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarələri tərəfindən müayinə olunmaq məqsədilə göndərilən çağırışçılara da oxşar diqqət və qayğı göstərilir, qeydə alınan hər bir çağırışçı burada tələb olunan bir sıra analizləri verdikdən sonra, müəyyən olunan gündə növbə ilə hərbi həkim komissiyasından keçirilir. Tibb personajının işinə gəldikdə isə, Komissiyanın sədri Leyla Bəşirovanın başçılığı altında komissiya üzvləri, təcrübəli psixiatrlar Zərbəliyeva Afaq, Nəcəfov Rövşən, Cəfərli Gülşən, Şəkiliyeva Aynur
çağırışçıları əvvəlcə qaydaya uyğun müəyyən olunan analizlər götürüləndən sonra psixoloq müayinəsinə göndərir, bu müayinədən də keçdikdən sonra isə hər birini nəzakətlə qəbul edərək, diqqətlə dinləyir, hərəkət, davranış və danışıqları ilə yaxından tanış olur, bu və digər qüsurlu cəhətləri ilə bağlı sual-cavab edirlər. Komissiya tərəfindən hər hansı psixioloji, psixiatrik hal müşahidə olunan çağırışçının hərbi xidmətə yararlı və ya yararsız olduğuna dair ədalətli qərar qəbul edir, sağlıq durumunda narahatlıq yaranan hansısa psixi əlamətlər aşkar olunmadıqda isə çağırışçının həqiqi hərbi xidmətə yararlılı olması ilə bağlı müvafiq sənədi imzalayırlar.
Qeyd: Qəbuldan material hazırlayarkən dindirdiyimiz hər bir çağırışçı yuxarıda qeyd etdiklərimizi təsdiqlədi; burada özlərini çox rahat hiss etdiklərini, göstərilən təkcə tibbi deyil, həmcinin insanlıq nümunəsindən, həkim qayğısından razı qaldıqlarını bildirdilər. Apardığımız müşahidələr, əldə etdiyimiz pozitiv materiallar onu deməyə əsas verir ki, 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının fədakar kollektivi əzmkar fəaliyyəti, peşəkar tibbi xidməti ilə digər səhiyyə müəssisələrinə nümunədir! Təbii ki, rəhbər yerində olarsa, kollektiv də yerində olar! Xatırladaq ki, sözü gedən Xəstəxananın baş həkimi ixtisaslı həkim-psixiatr Leyla Bəşirovadır.
Bəradər Səməndərli
"Atributinfo.az"
