"Atributinfo.az" xəbər verir ki, qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan müraciət və problemlər diqqətlə dinlənilib, onların həlli istiqamətində müvafiq addımların atılması üçün qeydiyyata alınıb.
Vətəndaşları narahat edən məsələlər əsasən sosial rifah, məşğulluq, kommunal xidmətlər və digər gündəlik problemlərlə bağlı olub. Hər bir müraciətə həssaslıqla yanaşaraq, aidiyyəti qurumlara yönləndirilməsi və həlli üçün nəzarətə götürülüb.
Bəradər Səməndərli
"Atributinfo.az"
