44 gunlük Vətən savaşında əldə olunan tarixi qələbə, uzun illərdən bəri əsarətdə qalan əzəli torpaqlarınızın düşmən taptağından təmizlənməsi, dünya hərbi tarixində misli görunməyən hadisə olmaqla, Ali Baş Komandan, eləcə də müzəffər Ordumuz tərəfindən Azərbaycanın hərbi qüdrətinin təntənəsinə atılan bir imzadır. Bu imza xalqımızın sinan qürurunu dirçəltdi, enən başını qaldırdı, solan ümidlərini canlandırdı. Bu yolda caninı qurban verən qəhrəman oğullarımızın, şəhidlərimizin, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, yaralı qazilərimizə diqqət və qayğı hər birimizin, eləxə də dövlətimizin vicdan borcu olacaq. Onların hər biri Qarabağda yazdıqları qəhrəmanlıq dastanının canlı obrazları kimi gələcək nəsilə örnək olacaqlar.
Bu gün bu Vətən oğullarının mütəmadi müayinə və müalicəyə cəlb olunduqları tibb ocaqlarından biri də Respublika Psixatriya Xəstəxanası Pislik Hüquqi Şəxsdir....
Qeyd edək ki, sözügedən xəstəxanaya Qazilərlə yanaşı, aidiyyatı üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarələri tərəfindən müayinə olunmaq məqsədilə göndərilən çağırışçılara da oxşar diqqət və qayğı göstərilir, qeydə alınan hər bir çağırışçı burada bir sıra analizləri verdikdən sonra, müəyyən olunan gündə növbə ilə hərbi həkim komissiyasından keçirilir. Tibb personajının işinə gəldikdə isə, Komissiyanın sədri Elxan Əsədov başda olmaqla, komissiya üzvləri, təcrübəli psixiatrlar Oqtay Tapdıqlı, Cəmilə Həsənova, Aydan Quliyeva çağırışçıları əvvəlcə qaydaya uyğun qan və sidik analizləri götürüləndən sonra psixoloq müayinəsinə göndərir, bu müayinədən keçdikdən sonra isə hər birini nəzakətlə qəbul edərək, diqqətlə dinləyir, hərəkət, davranış və danışıqları ilə yaxından tanış olur, bu və digər problemli cəhətləri ilə bağlı sual-cavab edirlər. Komissi tərəfindən ər hansı psixioloji, psixiatrik hal müşahidə olunan çağırışçının hərbi xidmətə yararlı və ya yararsız olduğuna dair ədalətli qərar qəbul edir, sağlıq durumunda narahatlıq yararan hansısa psixi əlamətlər aşkar olunmadıqda isə çağırışçının həqiqi hərbi xidmətə yararlılı olması ilə bağlı sənədi imzalayırlar. Qeyd: Qəbuldan material hazırlayarkən dindirdiyimiz hər bir çağırışçı yuxarıda qeyd etdiklərimizi təsdiqlədi, burada özlərini çox rahat hiss etdiklərini, göstərilən təkcə tibbi deyil, həmcinin insanlıq nümunəsindən, həkim qayğısından razı qaldıqlarını bildirdilər. Apardığımız müşahidələr, əldə etdiyimiz pozitiv materiallar onu deməyə əsas verir ki, Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin fədakar kollektivi nümunəvi fəaliyyəti, peşəkar tibbi xidməti ilə digər səhiyyə müəssisələrinə nümunədir! Təbii ki, rəhbər yerində olarsa, kollektiv də yerində olar!
Xatırladaq ki, sözugedən Xəstəxanın baş direktoru təcrübəli psixiatr həllkim Orxan Cəfərovdur.
Bəradər Səməndərli
"Atributinfo.az"Baş redaktor
