Sizin reklam burada
Sizin reklam burada
  • Deputat vətəndaş qəbulunu Gədəbəy rayonunun Novosaratovka kəndində keçirib

    Bu gün-25 aprel 2026-cı il tarixdə 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən ənənəvi olaraq Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirilib.

    "Atributinfo.az" məlumat verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, şəhid adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı olub.

    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

    Həmçinin millət vəkili tərəfindən Gədəbəy rayonunun Novosaratovka kəndində Vətən müharibəsi şəhidi Rzayev Hüseyn Aslan oğlunun məzarı və ailəsi ziyarət olunub.

    "Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik…
    Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz."- Arzu Nağıyev əməkdaşımıza qəbulla bağlı açıqlamasında bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ