Sizin reklam burada
Sizin reklam burada
  • BDU-da elmi seminar: Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması

    Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması” mövzusunda elmi seminar keçirilib.

    Universitetdən bildirilib ki, fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova mövzunun aktuallığından danışaraq, Prezident İlham Əliyev tərəfindən 2025-ci il martın 19-da təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn məsələlərə diqqət çəkib. O, tarix, etnologiya, arxeologiya və antropologiya sahələrində süni intellekt texnologiyalarının tətbiqinin əhəmiyyətini vurğulayıb.

    Arxeologiya və etnoqrafiya kafedrasının Mədəni antropologiya ixtisası üzrə qiyabi doktorantı Elmira Hacıyeva məruzəsində süni intellekt texnologiyalarının, xüsusilə hərəkət analizi, kompüter görməsi və maşın öyrənməsi metodlarının rəqslərdə jest, ritm və milli üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsindəki rolunu izah edib. O, Türkiyə və Çin təcrübəsinə istinad edərək, bu sahədə tətbiq olunan alqoritmik yanaşmaların qeyri-maddi mədəni irsin qorunmasında mühüm rol oynadığını qeyd edib.

    Gənc tədqiqatçı çıxışı zamanı CNN, YOLO, LSTM və RGNN modelləri barədə məlumat verərək bildirib ki, rəqsin həm məkan, həm də zaman xüsusiyyətlərinə malik olması səbəbindən hibrid modellərin istifadəsi daha yüksək dəqiqliklə nəticə əldə etməyə imkan yaradır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ