Sizin reklam burada
Sizin reklam burada
  • "Azərbaycan vikipediyaçılarının bu sahədə göstərdikləri zəhmət və fədakarlıq xüsusi qeyd olunmalıdır"- Müşfiq Məmmədli

    "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası ilə bağlı keçirilən tədbirdə iştirak etdik. Tədbir yeni dövrün çağırışlarına uyğun olaraq Azərbaycan dilinin rəqəmsal ensiklopediyasının hazırlanması istiqamətində çox mühüm bir addımdır."

    Bunu tədbirlər bağlı "atributinfo .az"a açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Müşfiq Məmmədli deyib. O, əlavə edib ki, Azərbaycan vikipediyaçılarının bu sahədə göstərdikləri zəhmət və fədakarlıq xüsusi qeyd olunmalıdır. Onların fəaliyyəti nəticəsində milli məzmunun formalaşdırılması və dünya informasiya məkanında ölkəmizin daha dolğun təqdim edilməsi təmin olunur:

    "Bu mühüm prosesdə millət vəkili həmkarlarımla birlikdə iştirak edərək fikir mübadiləsi apardıq, təşəbbüsün gələcək inkişaf perspektivləri barədə müzakirələr etdik."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ