Sizin reklam burada
Sizin reklam burada
  • "Milli-mənəvi dəyərlərin qorunub saxlanılması prosesində ağsaqqalların rolu" mövzusunda tədbir keçirilib

    Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Mədəniyyət Evində "Milli-mənəvi dəyərlərin qorunub saxlanılması prosesində ağsaqqalların rolu" mövzusunda tədbir keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti yanında ictimai şuranın sədri Şaban Qurbanov və rayon ağsaqqalları iştirak edib.

    İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Şaban Qurbanov, “Yenilik” rayon qəzetinin baş redaktoru Zahid Muxtar və digər ağsaqqallar çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xüsusi diqqət yetirib.
    Xüsusilə müstəqillik illərində dövlət quruculuğu prosesində milli-mənəvi dəyərlərin yaşadılmasında, sağlam cəmiyyətin formalaşdırılmasında, gəncliyin yetişməsində vacib rola malik olub. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durub. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olduqdan sonra mənəvi dəyərlərimizin qorunması dövlətin əsas strategiyasına çevrildi. Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

    Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilməsi, maarifləndirmə işinin aparılması, müvafiq proqramların hazırlanması və həyata keçirilməsi, habelə bu sahədə sosial layihələrin reallaşdırılması, mənəvi dəyərlərin təbliğinə yönəlmiş ədəbiyyatların çapı, qısametrajlı filmlərin çəkilməsi və digər işlərin ardıcıl surətdə davam etdirilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir.

    Eyni zamanda ölkəmizdə gənclərin milli ruhda böyüdülməsi, tərbiyə alması dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır. Rayon ağsaqqalları vurğulayıblar ki, məhz uzun illər aparılmış məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq 44 günlük Vətən müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə nail oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın qətiyyəti, zəfərə inamlı çağırışı böyük ruh yüksəkliyi yaratdı və dinindən, etnik mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlarımızın güc və enerjisini qələbəyə yönəltdi. Vətən müharibəsi göstərdi ki, lazım gəldikdə bütün ölkə vətəndaşları dininindən, məzhəbindən, inancından asılı olmayaraq bir yumruq kimi birləşə bilir.

    Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasını daim diqqətdə saxlayır. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin, zəngin mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində müstəsna xidmətlər göstərir.
    Buna misal olaraq Multikulturalizm və tolerantlıq ənənələrini dəstəkləyən layihələr, məscid, kilsə və sinaqoqların bərpası, həmçinin beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq mərkəzi kimi mövqeyini möhkəmləndirilməsini göstərmək olar.
    Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə dolğun surətdə çatdırılması da çox böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın səyləri nəticəsində tarixi irsimizi əks etdirən digər nümunələrlə yanaşı, Novruz Bayramının, Azərbaycan muğamının eyni zamanda aşıq-ozan sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu kontekstdə əlamətdar hadisədir.
    Bütövlükdə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ