Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Razı Nurullayev MCP qərargahında növbəti vətəndaş qəbulu keçirib

    Bu gün Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev partiyanın qərargahında vətəndaş qəbulu keçirib.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı vətəndaşların müxtəlif sosial və hüquqi xarakterli müraciətlərini dinlənilib.

    Deputat Məmmədzadə Rəşad Qəşəm oğlunu təkrar müraciəti əsasında qəbul edib. Onun anası Zeynalova Ağbəniz Babası qızı 19 yanvar 2026-cı ildə Qaradağ rayonu, Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.
    Məlumat üçün bildirək ki, Razi Nurullayev bu ağır ailə faciəsini yaşayan ailənin həm yas mərasimində iştirak edib, həm də xəstəni evində ziyarət edib. Müraciət nəzarətə götürülüb və aidiyyəti üzrə lazımi köməklik göstərilməsi üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

    Həmçinin qəbul zamanı vətəndaş Ağayev Ədalət Məmməd oğlunun işlə təminatı, xüsusilə qaynaqçı peşəsi üzrə məşğulluqla bağlı müraciəti dinlənilib və ərizəsi qəbul edilib.

    Göyçay rayonundan Qəhrəmanova Ülviyyə Tahir qızı ötən qəbulunda deputata müraciət etmişdi. Sevindirici haldır ki, onun müraciəti artıq öz həllini tapıb. Vətəndaş bu münasibətlə təşəkkürünü bildirmək üçün təkrar görüşə gəlmişdi.

    İmişli rayonundan Qəhrəmanov Qəyyub Atamoğlan oğlunun da müraciəti dinlənilib. Onun məhkəmə-hüquq məsələsi ilə bağlı problemi ərizə formasında hazırlanacaq və mümkün köməklik göstəriləcəyi bildirilib:

    "Adam elə haqsızlıqla qarşılaşıb ki. Adamın var-dövlətini əlindən alıb müflis ediblər, özünü də 8 il həbsdə çürüdüblər. Məlum olur ki, əbəs yerə. Kimdir günahkar?

    Eləcə də İmişli şəhərindən müharibə veteranı Ağayev Qadir Əlixas oğlunun ailə və sosial məsələlərlə bağlı müraciəti qəbul edildi. Aidiyyəti üzrə köməklik göstərilməsi üçün tədbirlər görüləcək.

    Hər bir müraciət aidiyyəti üzrə nəzarətə götürülüb və həlli istiqamətində lazımi addımlar atılacaq."- MCP sədri, deputat Razi Nurullayev "atributinfo.az"a qəbulla bağlı açıqlamasında bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ