Sizin reklam burada
Sizin reklam burada
  • Parlamentin iclasında deputatdan süni intelləktlə bağlı mühüm təklif

    "Süni intellektlə bağlı qanuna edilən dəyişikliklərlə bağlı mövqeyimi və təkliflərimi birinci oxunuşda açıq və geniş şəkildə bildirmişəm, həmçinin hörmətli Əli müəllim Hüseynli ilə bu məsələ ətrafında fikir mübadiləmiz olub."
    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı MCP sədri, deputat Razi Nurullayev deyib. O, əlavə edib ki, layihənin vacibliyini və aktuallığını nəzərə alaraq ona müsbət səs verirəm. Bununla yanaşı, bir mühüm təklifimi diqqətinizə çatdırmaq istəyirəm:

    "Xahiş edirəm, Parlamentdə aidiyyəti şöbəyə və ya müvafiq komissiyalardan birinə göstəriş verilsin ki, qanunun tətbiqindən sonra bu sahədə davamlı və sistemli monitorinq aparılsın. Qanunun icrası prosesində ortaya çıxan boşluqlar, açıq qalan məqamlar vaxtında müəyyən edilərək çevik şəkildə qanunvericilik səviyyəsində aradan qaldırılsın.

    Çünki əsas məqsədimiz yalnız tənzimləmə və məhdudiyyət deyil. Elə etməliyik ki, bu qanun süni intellektin inkişafına mane olmasın, əksinə onun yaradıcı və innovativ sahələrdə tətbiqini stimullaşdırsın."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ