Sizin reklam burada
Sizin reklam burada
  • Slovakiyanın ombudsmanı təcrübə mübadiləsində iştirak edib

    Ölkəmizdə səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsində iştirak edib.

    Nümayəndə heyəti bu çərçivədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılan şəraitlə tanış olub.

    Bakı İstintaq Təcridxanasında nümayəndə heyətinə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib, kameralar, tibb-sanitar hissəsi, kitabxana və digər bölmələrə baxış keçirilib.

    Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzi ilə də yaxından tanışlıq olub.

    Səfərin sonunda iki ölkənin qanunvericiliyi və beynəlxalq aktların müddəaları əsasında müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ