Sizin reklam burada
Sizin reklam burada
  • Həkimlik peşələrin ən şərəflisidir

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili

    Bu gün şimaldan cənuba, qərbdən şərqə ölkəmizin hər bir nöqtəsindən gəlmiş həkim həmkarlarımızla elmi müzakirələr apardıq, təcrübələrimizi paylaşdıq və birlikdə inkişaf etməyin gücünü bir daha hiss etdik.



    Eyni zamanda tibbdə Klinik Protokolların tətbiqinin vacibliyini, doğru tibbi qərarların yalnız şəxsi ustalıq və təcrübə ilə deyil, elmi əsaslara dayanan klinik tövsiyələr, etik dəyərlər, dürüstlük və empati ilə vəhdətdə formalaşdığını müzakirə etdik. Bu yanaşmanın həm qərarların keyfiyyətini artırdığını, həm də Azərbaycan həkiminə olan ictimai inamı daha da gücləndirdiyini bir daha vurğuladıq. 6 saatlıq müzakirələrdən sonra günümüzü bu şəkil ilə əbədiləşdirdik.

    Əziz həmvətənlər! Unutmayaq ki, həkimlik sadəcə bir peşə deyil. Bu, insanın özünü xəstəsinə həsr etməsi, onun ağrısını duyması, ümidi tükənən yerdə ümid olmasıdır. Həkim həm elm adamıdır, həm hiss edən, həm yaşayan və yaşadandır. O, məktəb illərində məktəbin əlaçısı, qəbulda ən yüksək bal alanı, daha sonra cəmiyyətin ziyalısı, peşələr içində məsuliyyətin ən ağırını daşıyanı, yaşından asılı olmayaraq hər gün öyrənən, lazım gəldikdə isə bildiklərini öyrədəndir.

    Qısacası, həkimlik peşələrin ən şərəflisidir.
    Ümumdünya Sağlamlıq Günümüz mübarək olsun, əziz dostlar!
    Tanrı xalqımızı, dövlətimizi və Ali Baş Komandanımızı qorusun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ