Sizin reklam burada
Sizin reklam burada
  • "İnsanlar sadəcə eşidilmək yox, real həll yolları görmək istəyirlər" - Razi Nurullayev

    "İmişliyə səfərim çərçivəsində seçicilərlə geniş görüşlər keçirdim, kəndləri gəzdim, təsərrüfatlarda oldum, insanlarla birbaşa ünsiyyət quraraq onların gündəlik problemlərini, qayğılarını diqqətlə dinlədim."

    Bunu Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, söhbətlər zamanı aydın hiss olunurdu ki, insanlar sadəcə eşidilmək yox, real həll yolları görmək istəyirlər:

    "Fermerlərlə görüşlərdə kənd təsərrüfatının çətinlikləri, suvarma problemləri, məhsulun satışında yaşanan çətinliklər, artan xərclər xüsusi narahatlıq doğuran məsələlər kimi önə çıxdı.

    Eyni zamanda yas məclislərində iştirak etdim, insanların dərdinə şərik oldum. Bu cür məclislərdə də vətəndaşların sosial vəziyyəti, dolanışıq çətinlikləri, işsizlik və sosial təminatla bağlı narahatlıqları açıq şəkildə dilə gətirilirdi. İnsanlar dövlətə inanır, amma gözləntilərinin qarşılanmadığını da gizlətmirlər."

    Deputat qeyd edib ki, bu səfər bir daha göstərdi ki, İmişlidə problemlər az deyil və bu problemlər artıq sistemli yanaşma tələb edir. Sadəcə epizodik addımlarla deyil, daha ciddi, planlı və nəticəyə yönəlmiş qərarlarla bu məsələlərin həlli vacibdir:

    "İnsanların səsləndirdiyi hər bir problem diqqətdə saxlanılmalı və aidiyyəti qurumlar qarşısında konkret şəkildə qaldırılmalıdır. Mən də üzərimə düşən vəzifəni yerinə yetirərək bu məsələləri müvafiq instansiyalara çatdıracağam."- Deputat paylaşımda qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ