Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudovdan Astarada seçici qəbulu

    Bayram ab-havasının yaşandığı bu gözəl günlərdə 79 Astara seçki dairəsindən seçilən Milli Məclisin deputatı, millət vəkili Rəşad Mahmudov sözügedən rayonda seçicilərlə növbəti görüş keçirib.

    "Atributinfo.az" xəbər verir ki, görüş zamanı vətəndaşların sosial problemləri, sağlamlıq vəziyyəti ilə bağlı müraciətləri, eləcə də hüquqi müstəvidə olan məsələlər diqqətlə dinlənilib. Qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olunub, digər məsələlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.

    Eyni zamanda, qarşıdan gələn bayram münasibətilə sakinlərlə səmimi söhbətlər aparılıb, onların bayram əhval-ruhiyyəsi bölüşülüb.

    Qeyd edək ki, görüşdə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov də iştirak edib.

    "Bayramlar insanları bir araya gətirən, həmrəyliyimizi gücləndirən ən dəyərli anlardır. Bu münasibətlə hər kəsə sağlamlıq, rifah və xoş günlər arzulayırıq."
    Bunu "atributinfo.az"a açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ