Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, dilənçiləri kateqoriyalara ayırmaq olmaz: “Kateqoriyalara ayırmaq olmaz ki, bunun imkanı var, dilənməsin, digərinin imkanı yoxdur, dilənə bilər. Ümumiyyətlə, belə bir peşə yoxdur. Təbii ki, iş yerləri olmalıdır, imkanı olmayanlar da işlə təmin edilməlidirlər. Lakin dilənçilər işləmək istəmirlər, bunu özlərinə peşə kimi seçiblər. Əlbəttə, bəzən dilənçilərin arasında, doğrudan da, imkansız qadınlar olur. Həmin bölgənin polisi buna nəzarət etməlidir. Bayram günlərində fitrə çıxaranlar var. Bu sədəqələri həmin dilənçilərə vermək olar. Hələ Sovet dövründə də insanlar nəzir verirdilər. Küçədə verdiyimiz nəzir-niyaz o qədərdir ki... Ehtiyacı olan insanları onsuz da yaşadıqları məhəllədə, ərazidə hər kəs tanıyır, yardım göstərir. Camaat belə şeyə çox həssasdır. Bu cür ehtiyaclı adamlara dəstək vermək olar, lakin küçələrdə dilənçilərin olması düzgün deyil”.
