Sizin reklam burada
Sizin reklam burada
  • Lerik rayonunda Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib

    Lerik Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, öncə bayram tonqalı Milli Məclisin deputatı Vasif Qafarov və şəhid atası Rəbbil Heydərov tərəfindən alovlandırılıb.
    Mədəniyyət mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov və Milli Məclisin deputatı Vasif Qafarov çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən, milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibətilə rayon əhalisini təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıblar.
    Novruz bayramına həsr olunan musiqili proqramda incəsənət nümayəndələrinin tanınmış üzvləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ