Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən Qovlar şəhərində vətəndaş qəbulu

    Bu gün-mart ayının 14-ü 2026-cı il tarixində 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi.

    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə, torpaq, mənzil, kommunal xidmətlər və digər məsələlərlə bağlı oldu.

    Müraciətləri dinləyən millət vəkili A. Nağıyev vətəndaş məmnunluğunun təmin olunması naminə sadalanan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və narahatlıqların aradan qaldırılması istiqamətində maksimum səy göstərəcəyini bildirdi.

    Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə millət vəkilinin qəbulları davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

    Bəradər Səməndərli
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ