Sizin reklam burada
Sizin reklam burada
  • Uğurlu nəticə

    Uğurlu nəticə Qiyam Ərşadoğlu

    "Əvvəllər iş prinsipimiz fərqli qaydada idi. Lakin möhtərəm Prezidentimiz tərəfindən "ASAN xidmət" konsepsiyası yaradıldıqdan sonra qarşımıza yeni standartlarla işləmək tələbi qoyuldu. Biz də bu tövsiyələrə uyğun olaraq, hazırda "ASAN xidmət" mərkəzlərində tətbiq olunan şəffaflıq və operativlik prinsiplərini öz işimizdə əsas tuturuq."
    Bunu "atributinfo.az"a açıqlamasında Abşeron rayonu 1 saylı Notariat Ofisinin notariusu Bahadur İmanov deyib.

    O, əlavə edib ki, hazırda Notariat ofislərində vətəndaşların rahatlığı üçün bütün şərait yaradılıb. İdarələrdə quraşdırılmış xüsusi ödəmə terminalları vasitəsilə rüsumlar anında və şəffaf şəkildə ödənilir ki, bu da vətəndaşların vaxtına qənaət etməyə imkan verir:

    "Bundan əlavə, "Mobil notariat" və digər rəqəmsal sistemlərin inteqrasiyası sayəsində "ASAN xidmət" mərkəzləri ilə Notariat idarələri arasında xidmət keyfiyyəti baxımından artıq heç bir fərq qalmayıb. Hər iki məkanda vətəndaşlara eyni dərəcədə peşəkar, çevik və şəffaf xidmət göstərilir ki, bu da ölkəmizdə aparılan idarəetmə islahatlarının uğurlu nəticəsidir."- Bahadur İmanov deyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ