Çingiz Abbasov uzun illərdir ki, cəmiyyət həyatında fəal mövqeyi, yüksək vətəndaşlıq məsuliyyəti və xeyirxah əməlləri ilə seçilən insanlardandır. O, Tovuz Xeyriyyə Cəmiyyətində göstərdiyi fəaliyyətlə daim ehtiyacı olan insanların yanında olmuş, xüsusilə şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğı ilə böyük hörmət qazanmışdır. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən xeyriyyə işləri, sosial layihələr və yardım aksiyaları cəmiyyətimizdə həmrəylik və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir.
Çingiz müəllim eyni zamanda Azərbaycan ədəbiyyatının və milli-mənəvi dəyərlərimizin dəstəkçilərindən biri kimi tanınır. O, ədəbiyyatın, söz sənətinin inkişafına, yazıçı və şairlərin fəaliyyətinə göstərdiyi diqqət və dəstəklə mədəni həyatımıza da öz töhfəsini verir. Onun bu istiqamətdə gördüyü işlər milli ədəbiyyatımızın yaşaması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Dürüstlüyü, zəhmətkeşliyi, vətənpərvərliyi və insanlara olan səmimi münasibəti ilə seçilən Çingiz Abbasov cəmiyyətimizdə nümunə göstərilən şəxslərdəndir.
Tovuz Xeyriyyə Cəmiyyəti adından Çingiz müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xeyirxah fəaliyyətində yeni uğurlar arzulayırıq. Arzu edirik ki, gördüyü bütün nəcib işlər daim davam etsin, o, xalqımıza və dövlətimizə bundan sonra da faydalı xidmətlər göstərsin.
Doğum gününüz mübarək, hörmətli Çingiz müəllim!
P.S. "Atributinfo.az"ın yaradıcı kollektivi olaraq dəyərli dostumuz Çingiz Abbasovu mövludu günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, mənalı-faydalı və bərəkətli ömür, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Bəradər Səməndərli
"Atributinfo.az"
