Sizin reklam burada
Sizin reklam burada
  • BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat Institutunda (ETİ) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

    Tədbirdə çıxış edən direktor İbrahim Cəfərov qadınların cəmiyyətdə, o cümlədən institutun fəaliyyətində rolunun vacibliyindən danışıb. O, Azərbaycan qadınının keçmişlə müasirliyin vəhdətini qoruyub saxlamaq bacarığını vurğulayıb. Direktor həmçinin qeyd edib ki, Azərbaycan qadını adət-ənənələrimizin və zəngin mədəni sərvətlərimizin əsrlər boyu nəsildən-nəslə ötürülməsində misilsiz xidmətlər göstərib.

    Çıxışında o, xanım əməkdaşların peşəkarlığını, fədakarlığını və yaradıcı yanaşmalarını yüksək qiymətləndirərək onları təbrik edib.

    Tədbirin sonunda xanımlara çiçəklər təqdim olunub, onlara hörmət və təşəkkür ifadə edilib.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ