Sizin reklam burada
Sizin reklam burada
  • Evlərin bərpası memarlıq üsulunda aparılmalıdır - Yeni şad xəbər

    Qiyam Ərşadoğlu
    "Atribut" qəzeti və "arributinfo.az" saytı

    Məlum olduğu kimi, bu yaxınlarda milli məclisin İmişlidən seçilmiş deputatı Razi Nurullayev milli məclisdə çıxış edərək bildirmişdi ki, işğaldan azad edilmiş rayonların, kəndlərin bərpası üçün vətəndaşların köməyindən istifadə etmək lazımdır. Belə ki, bərpası nəzərdə tutulmuş evlərin, şəhərlərin tikintisini aparmaq üçün memarlıq qaydalarından çıxmamaq şərti ilə evlərin bərpası vətəndaşların özlərinə həvalə edilsin. Hamıya bəllidir ki, yeni bərpa olunmuş evlərin tikintisi memarlıq üsulu ilə tikilsə də, ancaq layihə dəyəri çox bahalı başa gəlmişdir. Millət vəkili bildirir ki, tikiləcək evlərin layihə-smeta dəyərini hesablamaq, memarlıq qaydalarına əməl etmək istisna olunmaqla, bu işlərin icrası dövlət tərəfindən deyil, vətəndaşlar tərəfindən həyata keçirilsin. Bu zaman əvvəllər 180 min manata tikilən evlər yəqin ki, bundan sonra 80 min manata başa gələcək. Bu təklif məcburi köçkünlər arasında rəğbətlə qarşılandı. Amma müzakirələr zamanı bəzi millət vəkilləri bu təklifin əlehinə çıxış etməyə başladılar. Məlumdur ki, azad olunmuş torpaqlarda bərpa işlərini görən tikinti şirkətləri bu cür təkliflərə mane olacaqlar. Çünki bütün tikinti-bərpa işlərini şişirdilmiş halda həyata keçirirlər. Hazırda bu, təklifdir. Bu təklif isə həyata keçiriləcək ya yox, onu Allah bilir. Razi müəllim, atalar deyib ki, "avazın yaxşı gəlir, oxuduğun Quran olsun".
    İnşəAllah inanırıq ki, qaldırdığınız bu təklif həyata keçər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ