Bu gün 15 saylı Yasamal birinci seçki dairəsindən seçilən Milli Məclisin deputatı Ülvi Quliyev növbəti vətəndaş qəbulu keçiriib.
"Atributinfo.az" xəbər verir ki qəbul zamanı əsasən sosial problemlərin həlli, işsizlik ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib,həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
