Sizin reklam burada
Sizin reklam burada
  • İbrahim Cəfərovdan ADAU, Gəncə Dövlət Universitetinin tələbələri ilə görüş

    "Bir neçə gündür ki, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universitetinin bir qrup tələbələri rəhbərlik etdiyim Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübəsi keçirlər."

    Bunun"atributinfo .az"a açıqlamasında sözügedən İnstitutun direktoru, professor İbrahim Cəfərov deyib. O, əlavə edib ki, bu gün öz təşəbbüsümlə həmin gənclərlə görüşdüm və nəzəri hissə ilə praktikanın vəhdətində “ Bitki xəstəliklərinin müqayisəli təhlili” mövzusunda bir təlim verdim. Sonda geniş müzakirələrlə təlimi yekunlaşdırdıq:

    "Tədbirdə fəal formada iştirak edən GDU-nun professoru , elmlər doktoru, kafedra müdiri Sevda xanım başda olmaqla, digər müəllim və tələbələrə təşəkkürlərimi bildirirəm."- İbrahim Cəfərov bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ