Sizin reklam burada
Sizin reklam burada
  • Quba-Xınalıq yoluna qaya parçaları tökülüb

    Quba-Xınalıq yolunda sürüşmə baş verib.

    Yolun 54-cü kilometrliyində, Qaragüney adlanan ərazidə baş verən sürüşmə nəticəsində dağlardan qopan qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

    Yolun təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə qaya parçaları yolun hərəkət hissəsindən təmizlənib və Quba-Xınalıq yolu avtomobillərin hərəkəti üçün açılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ