Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həkim cərrah Fariz Abdullayev, assistent həkim cərrah-uroloq Elçin Bağırlı və həkim anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra edilən total splenektomiya əməliyyatından sonra paseyent sağlamlığına qovuşub.
Səhiyyə müəssisəsindən bildirilib ki, 2003-cü il təvvəllüdlü (kişi cinsli) pasiyentə dalağın iriölçülü exinokok kistası diaqnozu təyin olunub və cərrahi əməliyyat tövsiyə edilib.
Müalicəsi müəssisənin cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
